Azərbaycanda çıxış edən voleybolçular Dünya yığmasına düşə bilər

12:22 7 Aprel 2015

Azərbaycan çempionatında iştirak edən dörd voleybolçu simvolik dünya yığmasına düşə bilər.  

 

Sportarena.az  xəbər verir ki, məşhur “WorldofVolley” voleybol portalı dünyanın ən yaxşılarını seçmək üçün sorğu aparır.

 

Sorğuda azərbaycan çempionatında çıxış edən voleybolçular da var.  Onlardan üçü “Rabitə”nin, biri isə “Lokomotiv”in oyunçusudur. Taylandlı Nootsara Tomkom, dominikanlı Brenda Kastilyo, amerikalı Foluke Akinradevo (hamısı “Rabitə”nin oyunçularıdır), eləcə də “Lokomotiv”in italiyalı oyunçusu Valentina Ariqettidir.


Digər xəbərlər

Xəbər xətti