“Neftçi” klubunun Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev ANS televiziyasının “Günəbaxan” verilişində yenidən “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması ilə bağlı maraqlı fikirlər səsləndirib.
Sportarena.az xəbər verir ki, 55 yaşı tamam olan yazıçı “Bəziləri oyunlardan öncə “talış-azərbaycanlı” söhbətini ortaya atır. Biz hamımız eyni ölkənin vətəndaşlarıyıq. Futbolda gərginlik ola bilər, qalmaqal və qarşıdılmalara isə yer vermək olmaz”. – deyə münasibət bildirib.
Qeyd edək ki, Abdullayev dünən saytımıza müsahibəsində də məsələyə toxunmuş və iki komanda arasındakı soyuqluğu başa düşmədiyini bildirmişdi.