"Dnepr"li futbolçu: “Qarabağ” “Sent-Etyen”lə eyni səviyyədə deyil"

13:06 7 Aprel 2015

Ukraynanın “Dnepr” klubunun futbolçusu Nikola Kaliniç yerli mətbuata “Qarabağ”la bağlı maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o “Qarabağ”ı Fransanın “Sent-Etyen” klubundan zəif olduğuna işarə vurub.

“Sent-Etyen” və “İnter” artıq iştirakını dayandırıb. Amma biz mübarizəmizi davam etdiririk. “Qarabağ” “Sent-Etyen”lə eyni səviyyədə deyil. Fransızlar çempionatda dördüncü yerdəydi. Bu çempionat Azərbaycan Premyer Liqasından üstündü”.

 

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup qarşılaşmalrında “Dnepr”ə səfərdə 0:1 hesabı ilə qalib gəlsə də, öz meydanında 1:2 hesabı ilə məğlub olmuş. Bakıda “İnter”lə oynanılan qalmaqallı matçdan sonra Ukrayna klubundan xal hesabında geri qalaraq qrupdan çıxa bilməmişdi.

 


Digər xəbərlər

Xəbər xətti