Fransanın PSJ klubunun ulduz futbolçusu Zlatan İbrahimoviçin ABŞ-a səfər üçün uzunmüddətli viza alması onun Fransa klubundan ayrıla biləcəyi şayələrini gücləndirib.
Sportarena.az xəbər verir ki, İsveçin “Aftonbladet” qəzeti futbolçunun ABŞ-a səfər üçün uzunmüddətli viza aldığı xəbərini yayıb. Futbolçunun aldığı vizanın müddəti turistik səfər üçün həddən artıq çox olduğundan, İbrahimoviçin MLS-də çıxış edə biləcəyi şübhələri artıb.
Məsələ ilə bağlı futbolçunun meneceri Mino Raiola “Mundo Deportivo” qəzetinə açıqlama verərək xəbəri təsdiqləyib. Futbolçunun “yeni qitə”də iş görəcəyini bildirən Raiola, onun MLS-də çıxış edə biləcəyi mövzusunda verilmiş sualı cavablandırmaqdan yayınıb.