Almaniya ikinci Bundesliqasında 27-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Toğrul Eratın çıxış etdiyi "Fortuna" klubu autsayer "Sankt-Pauli" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Erat matçın 73-cü dəqiqəsindən etibarən meydanda olub.
Qeyd edək ki, "Fortuna" hazırda 39 xalla 7-ci pillədə qərarlaşıb.