Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

15:42 7 Aprel 2015

Aprelin 10-da Gürcüstanın paytaxtı Tiflisdə start götürəcək ağır atletika üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, 8 gün davam edəcək çempionata 4 kişi və 2 qadın ağırlıqqaldıran yollanacaq.

 

Kişilərin yarışına Elmar r verir kiAlıyev (56 kq), Valentin Xristov (62 kq), Əfqan Bayramov, İvan Stoitsov (hər ikisi 77 kq), qadınların mübarizəsinə isə Boyanka Kostova (53 kq) ilə Anastasiya İbrahimli (69 kq) qatılacaq. Onlar yeni baş məşqçi Miroslav Çoros, məqşçilər Nizami Paşayev, Xanlar Nəbiyev və Hafiz Süleymanovun rəhbərliyi altında çıxış edəcəklər. Xristov 2 illik dopinq cəzasını aprelin 9-da başa vuracağından, yarışda iştirakına heç bir əngəl qalmayacaq.

 

Qeyd edək ki, Avropa çempionatında 38 ölkədən 268 ağır atletin (112 qadın və 156 kişi) iştirakı gözlənilir. 

 


Digər xəbərlər

Xəbər xətti