Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, İK Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərin çempionatının 27 və 28-ci turlarında baş vermiş intizamsızlıqlara qarşı cəzalar tətbiq edib.
“İnter” – “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 23 №-li futbolçusu Cavid Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb, klub 1000 manat cərimə olunub.
AZAL – “Qəbələ” matçında AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.