Divizion klublarının da cəzaları bəlli oldu

16:34 7 Aprel 2015

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az  PFL-in rəsmi saytına istinadən xəbər verir ki, İK Azərbaycan futbol çempionatının 1-ci Dvizionunda çıxış edən klublara cəzalar kəsib.

 

 “Şuşa Qarabağ” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 38-ci dəqiqəsində “Şuşa Qarabağ” klubunun 26 №-li futbolçusu Tərlan Xəlilov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.

 

Azərbaycan I Divizionun XXII turunun “Rəvan” – “Turan Tovuz” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 

Azərbaycan I Divizionun XXII turunun MOİK – “Kəpəz” matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

 


Digər xəbərlər

Xəbər xətti