Dirk Kuyt: "Həmişə “Feyenoord”a qayıtmağı xəyal etmişəm"

23:05 7 Aprel 2015

Türkiyənin “Fənərbağça” klubunun hollandiyalı futbolçusu Dirk Kuyt keçmiş klubu olan Hollandiyanın “Feyenoord” klubuna qayıtmaq istədyini bildirib.

 

Sportarena.az xəbər verir ki, Hollandiyanın “WestTV” telekanalına danışan futbolçu, “Həmişə “Feyenoord”a qayıtmağı xəyal etmişəm. “Fənərbağça”da yaxşı vaxt keçirdim. Klub mənim oynamağımı istəyir” – deyib.

 

“Feyenoord” klubu futbolçuya bu ilin yanvarında 1 illik müqavilə təklif etmişdi.

 

2003-2006 illərində holland klubunda forma geyinən futbolçu, daha sonra çıxış etdiyi klublarda keçmiş komandasına qayıtmaq istədiyini bir-neçə dəfə bildirib.

 

Ötən il ölkəsinin Milli Komandasına əlvida deyən Kuyt, 2012-ci ildə İngiltərənin “Liverpul” klubundan “Fənərbağça”ya transfer edilmişdi.


Digər xəbərlər

Xəbər xətti