Premyer Liqanın 19-cu turu çərçivəsində aprelin 9-da əzəli rəqibi "Neftçi"ni qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.
Sportarena.az xəbər verir ki, Aprel ayının 7-də növbəti məşqini keçirib. Saat 17:00-da ehtiyat meydançada isinmə hərəkətləri ilə başlayan hazırlıq prossesi əsasən müxtəlif taktiki düzülüşlərə uyğun qurulan toplu çalışmalardan ibarət olub. Saatyarım davam edən məşqin ardından komanda özünün baza-otelində istirahətə çəkilib.
Qeyd edək ki, “Xəzər Lənkəran” bugün saat 18:00-da stadionun əsas meydançasında daha bir dəfə məşq edəcək. Açıq keçiriləcək oyunöncəsi son məşqi izləmək üçün azarkeşlər dəvətlidirlər. (12cioyuncu.info)