Aprel ayının 9-da keçiriləcək “Neftçi” ilə qarşılaşma “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədovun “ağ-qara”larla ikinci oyunu olacaq.
Sportarena.az xəbər verir ki, ilk matçını Məmmədov məğlub olsa da, o “Xəzər Lənkəran”ı “əzəli rəqib”inə qarşı döyüşə çıxaran 12-ci çalışdırıcı kimi yadda qala bilib. Qeyd edək ki, Elbrus Məmmədova qədər “Neftçi” ilə oyunlarda komandanı 11 məşqçi meydana çıxarmışdır:
Ağasəlim Mircavadov və Mirça Rednik 8, Con Toşak və Rasim Kara 4, Yunis Hüseynov 3-oyunda, Mustafa Dənizli 2, Oğuz Çetin 2, Karles Martorell , Viktor Pasulko, Şenol Fidan və İqor Ponamaryov isə hərəyə bir dəfə paytaxt təmsilçisi ilə görüşlərdə komandamıza rəhbərlik ediblər. (Elbrus Məmmədov 1 oyun)
“Neftçi” ilə matçlarda lider məşqçi isə hələlik Mirça Rednikdir. Qeyd edək ki, komandamız məhz Rumın çalışdırıcının başçılığında ən çox -13 xal toplaya bilmidşdir. Hətta 06.11.2011 tarixində keçirilmiş və “Neftçi”nin 5:0-lıq qələbəsi ilə bitən “torba” əməliyyatlı oyun da Rednikin qazandığı reputasiyaya mənfi təsir edə bilməyib.
“Neftçi” ilə keçirilən oyunların statistik siyahısında Mirça Rednikdən sonra sırada gələn Ağasəlim Mircavadov 10-xal, Con Toşak 5-xal, Rasim Kara və Yunis Hüseynov 4-xal, Karles Martorell 3-xal, Viktor Pasulko, Mustafa Dənizli və Oğuz Çetin 1-xal qazana bilmişlərsə, İqor Panomaryov, Elbrus Məmmədov və baş məşqçi əvəzi olmuş Şenol Fidan, “Neftçi” ilə oyunlardan xalsız ayrılıblar. (12cioyuncu)