Ev məsələsində aldadılan məşhur futbolçumuz: “Gözləyirəm ki...”

14:15 8 Aprel 2015

Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur futbolçusu, hazırda “Sumqayıt” klubunun rəhbərliyində təmsil olunan Ceyhun Sultanov mənzil firıldaqçılığı ilə üzləşib. Sabiq futbolçu yeni mənzilə görə əvvəlcədən 48 min manat ödəyib. Amma necə deyərlər, it də gedib, ip də... C.Sultanov indi nə evi ala bilir, nə də ödədiyi vəsaiti...

 

Sportarena.az xəbər verir ki, sabiq futbolçu məsələ ilə bağlı publika.az-a danışıb.

 

“Mən evi 2008-ci ildə almışdım. İndiyə kimi də ev bağlı olaraq qalır, heç kimdən də heç nə tələb etmək olmur. Evi alanda mənə demişdilər ki, uzağı 2 ilə ev təhvil veriləcək. Amma bu günə qədər o binanın cəmi 3 mərtəbəsi tikilib, qalanı yoxdur. Bu barədə kiməsə, nəyisə deməyə adam yoxdur. O binanı tikən Rauf adlı adam idi. Onu da həbs etdilər. Məhkəmə məsələsində də mən haqlı çıxdım, amma faydası olmadı. Gözləyirəm ki, pul ayrılıb ev tikiləcək, ya da kimin balansındadırsa, onunla danışım bir qərar versinlər ki, ya ev verəcəyik, ya da pulunuzu qaytaracağıq. Hələlik heç kimi tapa bilmirəm. Mənə maraqlıdır ki, bu dövlətin vətəndaşıyam. Hər bir vətəndaş ev ala bilər. Əgər hər bir vətəndaşı belə aldatsalar, daha nə oldu?”


Digər xəbərlər

Xəbər xətti