Miuranın artıq 48 yaşı var, amma o hələ də futbol oynayır. Hələ üstəlik qol da vurur.
Sportarena.az xəbər verir ki, Aprelin 5-də Yaponiya J-Liqasının 2-ci divizionunda “Yokohama” – “Cubilo İvata” matçının 14-cü dəqiqəsində hesabı açan superveteran 3:2 hesablı qələbənin əsasını qoyur və ən əsası, bu qolu ilə Yaponiya futbol tarixinə ən yaşlı qolun müəllifi kimi düşür.