Rizədən qayıdarkən “Fənərbağça” klub avtobusunun silahlı hücuma məruz qaldığı ərazi satışa çıxarılıb.
Sportaren.az xəbər verir ki, ərazinin sahibi İsmayıl Kılınç “Haber61”ə açıqlamasında ərazini 5 milyon türk lirəsinə satışa çıxardıqlarını bildirib. İsmayıl Kılınç “Fənərbağça” prezidenti Əziz Yıldırımın hadisə yerində heykəl ucaltması barədə sualları cavabsız buraxıb.
Bir-neçə gün əvvəl isə Kılınç, öz feysbuk hesabında Əziz Yıldırımın ərazidə heykəl ucaltmaq istədiyi barədə yazmışdı.