Mahir Şükürov Millinin qurbanına çevrildi: U-21 komandasına göndərildi

18:21 8 Aprel 2015

Türkiyənin “Karşıyaka” klubunda forma geyən azərbaycanlı futbolçu Mahir Şükürovun işi “düyünə düşüb”.

 

Sportarena.az xəbər verir ki, Milli Komandamızın Malta ilə oyunundan sonra futbolçunun klub düşərgəsinə gec qayıtması əsas heyətdən uzaqlaşdırılmasına səbəb olub.

 

Günahkar olmadığını sübut edə bilməyən Mahir, baş məşqçi Ayhan Akman tərəfindən qeyri-müəyyən müddətə qədər 21 yaşadək futbolçulardan ibarət komandaya göndərib.

 

Şükürovun mövsüm sonunda komandanı tərk etməsi gözlənilir.

 


Digər xəbərlər

Xəbər xətti