"Qalatasay"ın sabiq futbolçusu yoxa çıxıb

18:42 8 Aprel 2015

Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Mario Jardel yoxa çıxıb.

 

 

Sportarena.az  NTV-yə istinadən xəbər verir ki, 2014-cü ildə keçirilən seçkilərdə Rio Qrande do Sul əyalətinin millət vəkili olan braziliyalının ölüm təhdidləri aldığı bildirilib.

 

O, millət vəkili seçildikdən sonra idarəetmədəki problemlər səbəbindən tabeliyindəki 21 nəfərdən 16-sını məclisdən uzaqlaşdırıb. M.Jardelin yoxa çımasına səbəb kimi ölüm təhdidlərindən sonra əhvalının pozulması və bir müddət istirahət etmək istəməsi göstərilir. Ölkə mətbuatı sabiq futbolçunun digər üzvlərlə münasibətinin yaxşı olmadığını iddia edib. Onun yenidən siyasətdə yer alıb-almayacağı bilinmir.

 

Qeyd edək ki, peşəkar futbolçu karyerasına Braziliya "Vasku de Qama"sında başlayan Mario Jardel 2011-ci ildə 38 yaşında olarkən karyerasını başa vurub. O, 2000-2001-ci illərdə "Qalatasaray"ın formasını geyinib. (Report)

 


Digər xəbərlər

Xəbər xətti