Ansi Aqolli: "Ermənistan Azərbaycan torpaqlarını işğal edib"

19:07 8 Aprel 2015

"Qarabağ"ın müdafiəçisi Anqi Aqolli Albaniya mətbuatına geniş müsahibə verib.

 

 

Sportarena.az xəbər verir ki, 33 yaşlı müdafiəçisi açıqlamasında bir sıra məqamlara toxunub. 
 

Belə ki, Avropa Çempionatı (AÇ-2016) seçmə mərhələ çərçivəsində doğma meydanda Ermənistan üzərində qələbədən söhbət açan Aqolli Azərbaycan və "Qarabağ"la bağlı da danışıb: "Məni çox yaxşı qarşıladılar. Komanda, baş məşqçi, azarkeşlər, dostlarım qələbəyə görə təbrik etdilər. Bir növ onların istəklərin yerinə yetirdim. Azərbaycan və Ermənistan arasında ərazi üstündə münaqişə var. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Mənim çıxış etdiyim komandada işğal olunmuş torpağı təmsil edir. "Qarabağ"da özümü çox yaxşı hiss edirəm. Ümumiyyətlə, bu klub mənə çox doğmadı. Sanki evimdəyəm. Beş ildi ki, buradayam. Özümü heç vaxt yad kimi hiss etməmişəm".

Müdafiəçi karyerasını bitirdikdən sonra məşqçi işləmək istədiyini də bildirib: "Açığı, bu barədə heç fikirləşməmişəm. Bilmək olmaz, mən futbol dünyasında olacam, ya yox. Əgər uyğun və yaxşı şərait olarsa, niyə də məşqçi kimi işləməyim".

 


Digər xəbərlər

Xəbər xətti