Almaniya Bundesliqasında mövsümə olduqca uğursuz davam edən, 10-cu sırada yer alan “Borussiya Dortmund”un İdman Direktoru açıqlama verərək baş məşqçi Yurgen Klopun komandada qalacağını açıqlayıb.
Sportarena.az xəbər verir ki, Mixael Zork açıqlama verərək, “Mövsüm sonu birlikdə dəyərləndimə aparacayıq. Hər futbolçunu ayrılıqda dəyərləndirəcəyimiz doğrudur. Əgər Avropa liqalarında olmasaq, heyətimiz çox genişdir. Buna görə də say hesabında azalma olacaq. Kefiyyətli oyunçu olmaq yetərli deyil. Gərək kefiyyətli oyunu meydanda göstərə biləsən” – deyib.
Klopun arxasında olduğunu vurğulayan Zork, “Yürgen hirsli, əzimkar və enerjili insandır və bu mövsümkü uğursuzluğu düzəldəcək. Onunla birlikdə yenidən hücuma keçəcəyik. Mövsüm sonundakı hədəfimiz bəllidir. Avropaya yollanmaq istəyirik”. – deyə bildirib.