UEFA qərarını verdi: Monteneqrolu azarkeş Rusiyaya texniki qələbə gətirdi

23:43 8 Aprel 2015

UEFA Avro - 2016-nın seçmə mərhələsində Rusiya ilə keçirilən oyunda Monteneqro yığma komandasına texniki  məğlubiyyət verib.

 

Sportaren.az  xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

 

Həmçinin Monteneqro növbəti iki oyununu boş tribunalar önündə keçirməklə yanaşı, həm də 50 min avro cərimə ödəyəcək. Eyni zamanda ikinci oyuna görə cəza iki illik sınaq müddəti ilə şərtidir.

 

Rusiya Futbol Federasiyası da 25 min avro məbləğində cərimə edilib.

 

Qeyd edək ki, Monteneqro-Rusiya matçında qapıçı Akinfeyevin başına yad cism atılması səbəbindən oyun yarımçıq saxlanmışdı. Sonradan davam edən matç 67-ci dəqiqədə tribunalarda qarşıdurmalar səbəbindən birdəfəlik dayandırılmışdı.

 


Xəbər xətti