Bu gün Azərbaycan Premyer Liqasının 29-cu turunun oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, son zamanlar yüksəlişdə olan “Qəbələ” öz meydanında “Simurq”u qəbul edəcək. Meydan sahibləri bu oyunda kubok yenilgisinin əvəzini çıxmağa çalışacaqsa, zaqatalalılar üçün qələbə qazanmaq hava-su kimi lazımdır. Əks halda onsuz da avrokubok şansları çətinə düşən qonaqlar vəziyyəti daha da qəlizləşdirə bilər.
Son çempion “Qarabağ” ötən turda yaşanan “Bakı” uğursuzluğunu AZAL-la oyunda unutdurmağa çalışacaq. “Qəbələ” ilə oyunda üzülən “təyyarəçilər”in də rəqibə sürpriz edə biləcəyini gözləməyə dəyər.
Sumqayıtda turnir cədvəlinin zirzəmisində yer alan iki klub – “Sumqayıt” və “Bakı” qarşılaşacaq. Heç bir mahiyyəti qalmayan matçda meydan sahibləri 10 oyunluq qələbəsizlik seriyasın son qoymağa çalışacaq. İbrahim Uzuncanın yetirmələri isə “Qarabağ”la oyunda qazanılan xalın təsadüfü olmadığını sübut etməlidir.
“Qarabağ” – AZAL 2:1
Qol: Seymur Əsədov 10 (0:1), Leroy Corc 20 (1:1), Vüqar Nadirov 50 (2:1)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Məlik Həsənov
“Bakcell Arena”
“Sumqayıt” – “Bakı” 0:0
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Rövşən Əhmədov
“Kapital Bank Arena”, 17:00
“Qəbələ” – “Simurq” 1:0
Qol: Ruslan Abışov 60 (1:0)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu