Ruslan Qurbanov Split derbisini kənardan izlədi

01:58 9 Aprel 2015

Xorvatiya kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" öz meydanında həmşəhərliləri, əzəli rəqibi RNK klubunu qəbul edib. Split derbisində qalib müəyyənləşməyib. Komanalar qollu bərabərliyə razılşıb – 1:1.

 

Ruslan Qurbanov matçı sona qədər ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 22-də keçiriləcək. 

 


Digər xəbərlər

Xəbər xətti