Həbs olunmuş "Xəzər Lənkəran" azarkeşləri azadlığa buraxıldı

13:37 9 Aprel 2015

 2013-cü ilin avqust ayında Lənkəran stadionunda baş verən hadisələrə görə həbs olunan və bir neçə ay sonra xuliqanlıq ittihamı ilə məhkəmə tərəfindən 3-il müddətinə azadlıqdan məhrum edilən azarkeşlərlə bağlı yeni xəbər var.

 

Sporttarena.az xəbər verir ki, 12cioyuncu.info azarkeş saytının əldə etdiyi məlumata görə “Xəzər Lənkəran” klubu rəhbərliyinin müdaxiləsi sonrası həbsdə olan Rəfail Əkbərov və Aqşin Əkbərov azad ediliblər. Hər iki azarkeş şərti qaydada azadlığa çıxıblar. Hazırda zindanda qalan yeganə azarkeş Elman Tağıyev də ayın sonuna qədər azad olunacaq. Xatırladaq ki, bunacan Elçin Abdullayev dövlət başçısı tərəfindən əfv olunmuşdu.

 


Digər xəbərlər

Xəbər xətti