“Beş gün sonra hansı ölkələrə səfər edəcəyimiz dəqiqləşəcək”
Bu sözləri sportarena.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun İdman Direkrotu Yunis Hüsenov komanda üzvlərinin transfer çalışmaları üçün xarici ölkələrə səfər edəcəyi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirərkən deyib.
Hüseyinov, hələ heç bir məslənin dəqiqləşmədiyini bildirərək , “Üç ölkəyə səfər nəzərdə tutulub. Dəqiq adlar hələ özümüzə də tam məlum deyil. Yaxından izlədiyimiz oyunçular da var. Hələ kimisə bəyəndiyimi deyə bilmərəm. Beş gün sonra hansı ölkələrə səfər edəcəyimiz dəqiqləşəcək”. – deyib.
Qeyd edək ki, klub nümayəndələrinin transfer çalışmaları üçün Afrika ölkələrinə və Portuqaliyaya səfər edəcəyi son günlərdə ən çox tirajlanan mövzulardandır.