Bu gün Premyer Liqanın 29-cu turu çərçivəsində “Neftçi” səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq.
Sportarena.az Supersport.az-a istinadən xəbər verir ki, paytaxt klubunun avtobusu Lənkəran Rayon Polis Şöbəsinin həyətində gizlədilib. Bu addımı atmaqda məqsəd təhlükəsizliyi təmin etməkdir.
Qeyd edək ki, "Xəzər Lənkəran"la səfər oyunlarında "Neftçi" yerli azarkeşlərin hücumuna məruz qalır. Polislər də bundan ehtiyatlanaraq, paytaxt klubunun avtobusunu şöbəyə aparıblar. Lakin "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumatı təsdiqləməyib.