“Bu ayın sonunda oğlum azadlığa çıxa bilər”
Bu sözləri sportarena.az saytına açıqlamasında həbs olunmuş “Xəzər Lənkəranlı” tərəftar, “Eliko” ləqəbi ilə tanınan Elman Tağıyevin anası Emilya Şərifova deyib.
Şərifova, oğlunun azadlığı üçün çox çalışdığını və ay sonunda onun azadlığa çıxa biləcəyini bildirərək, “Oğlumun artıq 3 illik cəzadan 1 il 3 ayı qalıb. Ay sonunda məhkəmə keçiriləcək və onun azadlığa buraxlıacağını gözləyirik. Ayın 20-də Elmanla görüşəcəm. İnşallah azadlığa buraxılacaq.
Həps olunmuş digər azarkeşlərin valideyinləri ilə də əlaqə saxlayırıq. Bu gün onlardan ikisi azadlığa çıxdı və mənə dedilər ki, oğlunuz da inşallah həpsdən çıxacaq. Bir ay əvvəl daha bir azarkeş də azadlığa çıxmışdı. İnanıram ki, mənim oğlub da azadlıqda olacaq”. – deyib.
Emiliya Şərifova müntəzəm olaraq Elmanla əlaqə saxladığını və onun “Xəzər Lənkəran” sevgisinin baş verən hadisələrə rəğmən bitmədiyini bildirib.
“Hər bir insanın teleyində “qara zolaq” ola bilər. İndi də bu oğlumun başın gəldi. Onu heç nədən 3 il həps etdilər. Tez-tez yanına gedirəm. Elmara sual verəndə ki, “Azadlığa çıxanda yenə də oyunlara gedib “Xəzər Lənkəran”a azarkeşlik edəcəksən?”, o yenə də “hə” deyir. Bu hadisə onu möhkəmləndirdi. İnanıram ki, belə hal bir daha heç kimin başına gəlməyəcək”.
Qeyd edək ki, bu gün 2013-cü ilin avqust ayında Lənkəran stadionunda baş verən hadisələrə görə həbs olunan Rəfail Əkbərov və Aqşin Əkbərov azad ediliblər. Elman Tağıyevin də ay sonunda azdlığa qovuşacağı gözlənilir.