Vobaydan örnək addım: Zaqatalalılardan üzr istədi

15:10 9 Aprel 2015

Neftçi"nin syerra-leoneli yarımmüdafiəçisi Culius Vobayın ötən tur "Simurq" - "Neftçi" matçından sonra qələbə sevincini etikadan kənar şəkildə qeyd etməsindən xəbərdarsınız.

 

Sportaren.az  xəbər verir ki, bu gün sabiq komandası "Xəzər Lənkəran"a qarşı oynayacaq afrikalı futbolçu "Futbol+" qəzetinə verdiyi açıqlamasında Zaqatalalı azarkeşlərdən üzr istəyib.

 

"Etdiyim rəqsin bu cür ajiotaj doğuracağını bilməzdim. Bilsəydim, etməzdim. Ancaq yenə təkrarlayıram: həmin anda mənim heç kimi təhqir etmək niyyətim olmayıb. Sadəcə, sevindiyimdən o cür davrandım. Neçə illərdir ki, burdayam və hər bir azarkeşi özümə doğma sayıram. Bəzən belə anlaşılmazlıq olur. Hərəkətim düzgün anlaşılmayıbsa, zaqatalalı azarkeşlərdən və futbol ictimaiyyətindən üzr istəyirəm. Belə olmasını istəməzdim. Başa düşdüm ki, Azərbaycanda bu cür sevinmək olmaz, bundan sonra başqa cür sevinərəm. Ümid edirəm ki, bu sözlərdən sonra mövzu qapanacaq və heç bir klubun azarkeşi ilə aramızda narazılıq yaşanmayacaq. Biz futbolu onlar üçün oynayırıq”.

 

Sonda həmin anın videosunu bir daha diqqətinizə çatdırırıq.

 


Digər xəbərlər

Xəbər xətti