Lәnkәrana gedәn avtobuslar polis tərəfindən yoxanılır

15:38 9 Aprel 2015

Bu gün keçiriləcək "Xəzər Lənkəran"- "Neftçi" oyununa görə Lənkərana gedən bütün avtobuslar yol polisləri tərəfindən yoxlanılır. 
 

 

Sportarena.az Qafqazinfoya istinadən xəbər verir ki, yoxlamaya səbəb avtobusda "Neftçi" komandasının azarkeşlərinin olub-olmamasını müəyyənləşdirməkdir. Polislər bildiriblər ki, yoxlamanı təhlükəsizlik baxımından edirlər. Buna səbəb XL azarkeşlərinin "Netçi" azarkeşlərinə hər hansı bir ziyan yetirməsinin qarşısını almaqdır.

 

Qeyd edək ki, "Böyük oyun" saat 17:00-da start götürəcək.  

 

Xatırladaq ki, AFFA-nın İntizam Komitəsinin qərarına əsasən  2013/2014 və 2014/2015 mövsümü Premyer Liqa və Azərbaycan kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur.

 


Digər xəbərlər

Xəbər xətti