Tərlan Əhmədov: "Oyunçu problemimiz var"

19:26 9 Aprel 2015

Azərbaycan Premyer Liqasının XXIX turu “Qarabağ” üçün uğurlu alındı. Qurban Qurbanovun başçılıq etdiyi komanda AZAL-ı 2-1 hesabı ilə üstələdi. 

 

Sportarena.az xəbər verir ki, AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov oyun barədə fikirlərini bölüşüb:

 “İlk növbədə “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Ardıcıl 3 oyundur ki, məğlub oluruq. Çətindir. Oyunçu problemimiz var. Viktor İqbekoyi və Aleksandr Şemonayev zədəlidir. Buna baxmayaraq, komanda nəsə etmək istəyirdi. 
Amma yenə də uduzduq. Məncə, 4-cü yer artıq bizim üçün əlçatmazdır. Bütün bu çətinliklərə baxmayaraq, mübarizə aparmaq lazımdır”.


Digər xəbərlər

Xəbər xətti