Arif Əsədov: "Hesab 5-0 da ola bilərdi"

19:46 9 Aprel 2015

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunu 2-2 hesabı ilə başa çatdı. “Xəzər Lənkəran” 0-2 hesabı ilə geri düşməsinə baxmayaraq, toparlanıb 2 qol vurdu və 1 xal qazandı.

 

Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Arif Əsədov oyun barədə fikirlərini bölüşüb:

 “İki fərqli hissə izlədik. İlk hissədə ən yaxşı oyunumuzu keçirdiksə, ikinci hissədə ən pis oyunlarımızdan birini gördük. Erkən vurulan iki qol bizi arxayınlaşdırdı. Birinci hissədə hesab 5-0 da ola bilərdi. Amma çox təəsüf ki, qol epizodlarımızdan istifadə edə bilmədik və mühüm iki xal itirdik. Qarşıda gələn "İnter"lə kubok matçına ciddi hazırlaşmalıyıq".


Digər xəbərlər

Xəbər xətti