İbrahim Uzunca "Bakı"nın qazandığı xaldan danışdı

19:55 9 Aprel 2015

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Sumqayıt” – “Bakı” oyununda qapılara qol vurulmadı. 

 

Sportarena.az xəbər verir ki, “Bakı”nın baş məşqçisi İbrahim Uzunca oyun barədə fikirlərini bölüşüb:

 “Çox sürətli oyun oldu. Oyunda qol vuran komanda qalib gələcəkdi. Hər iki komanda çox yaxşı mübarizə apardı. Mən hər iki kollektivi təbrik edirəm. Biz akademiyada yetişən oyunçuların hesabına çıxış edirik. Hazırda oyun baxımından əsas problemimiz qol epizodları vaxtı tez düşünməməyimizdir. Buna rəğmən, sürətli oyun gördük. İstədiyimiz də budur”.
 


Digər xəbərlər

Xəbər xətti