Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Sumqayıt” – “Bakı” oyununda qapılara qol vurulmadı.
Sportarena.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədo oyun barədə fikirlərini bölüşüb:
“Futbolçular sağ olsunlar ki, bacarıqlarını ortaya qoydular. Biz qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, iki eynisəviyyəli komanda mübarizə aparırdı. 1 qol nəticəni müəyyənləşdirəcəkdi. Bunu heç bir komanda edə bilmədi. Məncə, nəticə oyuna görə oldu”.