"Xəzər Lənkəran"dan ilk bərabərlik, "Neftçi"nin 8 illik Lənkəran sindromu

20:19 9 Aprel 2015

Azərbaycan Premyer Liqasının 29-cu turunda “Neftçi” səfərdə “Xəzər Lənkəran”la öndə olduğu matçda 2:2 hesablı bərabərliyə qalıb.

 

Sportarena.az xəbər verir ki, bu “Xəzər Lənkəran” klubunun bu ildə qazandığı ilk heç-heçə olub.Belə ki, “ağ-yaşıllar” qış fasiləsindən sonra 2 kubok və 9 Premyer Liqa oyunudan ikisində qləbə qazanmış, 9 dəfə isə meydanı məğlub tərk etmişdilər.

 

Digər maraqlı məqam isə, “Xəzər Lənkəran”ın ardıcıl olaraq son səkkiz ildə öz meydanında keçirdiyi 12-ci oyunda da “Neftçi”yə məğlub olmamasıdır. “Neftçi”nin bu oyunda səfər sindiromunu qıracağı gözlənilsə də, 10 nəfərlə qalmış Elbrus Məmmədovun yetirmələri oyunda möcüzəvi çevriliş edə bildi.

 

 

2008/09 mövsümü

  “Xəzər Lənkəran” – “Neftçi” – 2:0

 

2009/10 mövsümü təsnifat mərhələsi

  “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

 

2009/10 mövsümü final mərhələsi

  “Xəzər Lənkəran” – “Neftçi” – 0:0

 

2010/11 mövsümü təsnifat mərhələsi

  “Xəzər Lənkəran” – “Neftçi” – 1 : 0

 

 2010/11 ölkə kuboku ¼-final

 “Xəzər Lənkəran” – “Neftçi” – 1 : 1

 

  2010/11 mövsümü final mərhələsi

  “Xəzər Lənkəran” – “Neftçi” – 1 : 1

 

 2011/12 mövsümü  təsnifat mərhələsi

 “Xəzər Lənkəran” – “Neftçi” – 1 : 0

 

 2011/12 mövsümü  final mərhələsi

 “Xəzər Lənkəran” – “Neftçi” – 1 : 0

 

 2012/13 mövsümü  təsnifat mərhələsi

  “Xəzər Lənkəran” – “Neftçi” – 2 : 1

 

 

2013/14 mövsümü  I dövrə

“Xəzər Lənkəran” – “Neftçi” – 0:0

 

2013 oktyabr 23-ü SUPER KUBOK

 “Xəzər Lənkəran” – “Neftçi” – 2:1

  

2013/14 mövsümü  III dövrə

 “Xəzər Lənkəran” – “Neftçi” – 2:2

  

 2014/15 mövsümü  II dövrə

 “Xəzər Lənkəran” – “Neftçi” – 2 : 2

 

2014/15 mövsümü  IV dövrə

 “Xəzər Lənkəran” – “Neftçi” – 2:2

 

 

Qeyd edək ki, 2013-cü ilin oktyabrında Naxçıvanda keçirilmiş Superkubok matçında “Xəzər Lənkəran” nominal meydan sahibi olub.


Digər xəbərlər

Xəbər xətti