Azərbaycan Premyer Liqasının XXIX turuna Qəbələdə yekun vuruldu. Həmin oyunda “Qəbələ” “Simurq” üzərində 1-0 hesablı qələbə qazandı.
Sportarena.az xəbər verir ki, “Simurq”un baş məşqçisi George Çixradze oyun barədə fikirlərini bölüşüb:
“Gərgin oyun alındı. Biz qol epizodları yaratsaq da, bundan istifadə edə bilmədik. Rəqibin standart vəziyyətdən vurduğu bir qol oyunun nəticəsini müəyyənləşdirdi. Rəqib qol vurduqdan sonra açıq futbol sərgilədik. Amma yenə istədiklərimizi həyata keçirə bilmədik”.