Azərbaycan Premyer Liqasının XXIX turuna Qəbələdə yekun vuruldu. Həmin oyunda “Qəbələ” “Simurq” üzərində 1-0 hesablı qələbə qazandı.
Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk oyun barədə fikirlərini bildirib:
“Bu gün əsas vəzifənin öhdəsindən gəldik. Vacib qələbə qazandıq. Əsas rəqiblərimizdən olan “Simurq”la görüşdə çox yaxşı oyun sərgiləməsək də, 3 xal əldə etdik”.