Alfred Sanko: "Hakim oyunu düzgün idarə etmirdi"

00:10 10 Aprel 2015

"Xəzər Lənkəran"ın futbolçusu Alfred Sanko Azərbaycan Premyer Liqasının 29-cu turunda "Neftçi" ilə 2:2 hesabı ilə bərabərə qaldıqları oyunu şərh edib.

 

 

Sportarena.az xəbər verir ki, o, Qol.Az-a açıqlamasında baş hakimin qərarlarından narazılığını ifadə edib:

"Maraqlı oyun oldu. Ancaq baş hakimi başa düşə bilmirdim. O, "Neftçi"nin futbolçuları qayda pozuntusunu yol verdiyi zaman cəzalandırılmırdı, ancaq bizə xəbərdərliq etmədən vərəqə göstərirdi. Bu ədalətsizlikdir. Hakim oyunu düzgün idarə etmirdi".

 

Sanko onu da qeyd edib ki, 33-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulmasaydı, komandası qalib gələ bilərdi:

"Birinci sarı vərəqə ədalətli deyildi. Amma ikinci də aqressiv oynamışdım".


Digər xəbərlər

Xəbər xətti