"Qarabağ"a "yox" deyən UEFA, qadınlara razılıq verdi

00:52 10 Aprel 2015

UEFA tarixində ilk dəfə matçın qalan hissəsini hakim səhvi üzündən yenidən keçirməyə qərar verib.

 

Sportarena.az "The Guardian"a istinadən xəbər verir ki, yeniyetmə qadınlardan ibarət İngiltərə və Norveç milli komandaları arasındakı Avropa çempionatının təsnifat oyunu 90+6-cı dəqiqədən davam etdiriləcək.

 

Məhz həmin an baş hakim Norveç yığmasının qapısına penalti təyin edib. Zərbə dəqiq yerinə yetirilsə də, qol ləğv olunub. İngiltərə yığmasının futbolçusu vaxtından əvvəl cərimə meydanına qaçıb. Nəticədə hakim penaltini yenidən vurmağa imkan verməyərək, Norveçin xeyrinə sərbəst zərbə təyin edib. Bu vaxt skandinaviyalılar 2:1 hesabı ilə öndə olublar.

 

Bununla razılaşmayan İngiltərə Futbol Federasiyası apelyasiya verib. UEFA isə oyun qaydalarının pozulduğunu əsas gətirərək, matçın sonluğunun penaltinin yenidən yerinə yetirilməsi ilə başlamağa qərar verib. (report)

 

Qeyd edək ki, UEFA bir-neçə ay öncə "Qarabağ" klubunun oxşar şikayətinə rədd cavabı vermişdi.


Digər xəbərlər

Xəbər xətti