Rusiya Premyer Liqasında 22-ci turun oyunlarına yekun vurulub.
Sportarena.az xəbər verir ki, son oyunda “Spartak” səfərdə “Arsenal Tula”ya 1:0 hesabı ilə məğlub olub. Oyunda yeganə qola Dmitri Aleksandroviç 90-cı dəqiqədə imza atıb.
Maraqlı məqamlarla zəngin olan matçda, əvvəlcə oyun öncəsi məşq zamanı meydana qara pişik daxil olub. Uğursuzluq rəmzi olan heyvan stadionda dövrə vurmağı bacarıb.
Daha sonra isə matç zamanı qonaqların fanatlarının adəti üzrə matçı stadionun damından izləməsi diqqət çəkib.