Dünən Azərbaycan Premyer Liqasının 29-cu turun oyunları keçirilib. "Xәzәr Lәnkәran" azarkeşləri önündə əzəli rəqibi "Neftçi" ilə 2:2 bərabərə qalıb.
Sportarena.az xəbər verir ki, "Böyük oyun" adlanan qarşılaşmadan sonra da gərgin anlar yaşanıb. Qonaq komandanın paraqvaylı yarımmüdafiәçisi Erik Ramos meydan sahiblәrinin tәrcümәçisi Elvar Quliyevә әdәbsiz jest edib.
Tәrcümәçi bu duruma belә aydınlıq gәtirib: "Oğuz Çətin komandamızın baş məşqçisi olduğu vaxt Bakıda “Neftçi” ilə oyunda 2:2-lik bərabərlik olmuşdu. Həmin matçda Mirhüseyn Seyidov son dəqiqələrdə qol vurdu və oyun başa çatanda Erik Ramos azarkeşlərimizə ədəbsiz jest elədi. Mən də bu gün ona yaxınlaşıb “al payını” dedim. Amma parqvaylı futbolçu yenə də mənə ədəbsiz jest etdi”.