"Xəzər Lənkəran" kapitanını itirdi

13:28 10 Aprel 2015

"Xəzər Lənkəran" iki itki ilə üzləşib. 

 

Sportarena.az хəbər verir ki, baş məşqçi Elbrus Məmmədov Rahid Əmirquliyevlə Elşən Rzazadənin хidmətindən ən azı bir oyunluq məhrum olub.

 

Hər iki futbolçu cəzalı duruma düşüb. Elşən "Neftçi" ilə oyunun 78-ci, kapitan Rahid Əmirquliyev isə 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. "Xəzər Lənkəran" XXX turda istirahət edəcəyindən onlar cəzalarını XXXI turun "Qəbələ" ilə oyununda çəkəcəklər.

 


Digər xəbərlər

Xəbər xətti