Çingiz Abdullayev həbs olunmuş "Xəzər Lənkəran" azarkeşinin azadlığa çıxmasına yardım edir

14:02 10 Aprel 2015

“Xəzər Lənkəran” klubunun həbs olunmuş 2 azarkeşinin azadlığa buraxıldığı haqda məlumat vermişdik.

 

Həbs olunanların azadlığa buraxılması haqqında sportarena.az saytı maraqlı məlumat əldə edib.

 

Həbs olunanaların azadlığa buraxılmasında “Xəzər Lənkəran” rəhbərliyi ilə bərabər hakim dairələrlə güclü əlaqələrə malik “Neftçi”nin rəhbəri Çingiz Abdullayevin də rolu olduğu tərəfimizə məlum olub. Hazırda həbsdən azadlığa çıxacağı gözlənilən Eman Tağıyevin də azadlığa çıxması üçün həbsxana rəisi Əli (soyadın aşkarlaya bilmədik) bəyə Abdullayev tərəfindən müraciət olunub. Məs bu müraciət əsasında ay sonunda keçiriləcək məhkəmə sonrası Tağıyevin azadlığa çıxacağı gözlənilir.

 

Çingiz Abdullayevin bu jestinin səbəbi isə naməlum olaraq qalıb.


Digər xəbərlər

Xəbər xətti