"Qarabağ" futbol klubunun yeni stadionu növbəti mövsümədək hazır olacaq.
Sportarena.az xəbər verir ki, bu barədə jurnalistlərə stadionun tikinti işlərini həyata keçirən iş icraçısı Adnan Kaya açıqlama verib.
A.Kaya bildirib ki, bu arena 4 800 tamaşaçı tutumuna malik olacaq: "Tribunaların sayını 4-ə, oturacaqların sayını isə 10 minədək artırmaq mümkündür. Bu, tamaşaçı marağından asılı olacaq".
İş icraçısı deyib ki, stadion ərazisində avtomobillərin saxlanması və digər yardımçı obyektlər də fəaliyyət göstərəcək: "Stadionda Avropa kuboklarının 1/4 final mərhələsinədək oyun keçirilməsi mümkün olacaq".
O həmçinin qeyd edib ki, tikinti işləri 2 aya yekunlaşaq.