Fransanın PSJ klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç Fransanı təhqir etdiyinə görə ağır cəza ilə üzləşib.
Sportarena.az xəbər verir ki, futbolçu “Bordo” üzərində səfərdə qazanılan qələbədən (2:3) sonra “Fransa kimi ölkə PSJ kimi kluba layiq deyil” ifadəsinə görə 4 oyunluq cəza alıb.
Bu cəzadan sonra isə ən çox müzakirə olunan mövzu Zlatanın Fransa klubundan gedişi mövzusudur. Belə ki, yaxın günlərdə onun ABŞ klublarından birinə keçmək üçün uzunmüddətli viza alması xəbəri meneceri tərəfindən də təsdiq olunmuşdu.