"Xəzər Lənkəran"ın 2 bombardiri mükafatlandırıldı - FOTOLAR

16:40 10 Aprel 2015

Azərbaycan Premyer Liqasının XXIX turunda bu gün “Xəzər Lənkəran” Mərkəzi stadionunda keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” oyununun fasiləsində 2 yeniyetmə futbolçu AFFA tərəfindən mükafatlandırılıb.

 

 

Sportarena.az xəbər verir ki, Assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mikayıl Nərimanoğlu AFFA-nın təşkilatçılığı ilə keçirilən Atena U-12 Liqa və Coca-Cola U-13 Liqanın 2013/2014-cü il mövsümünün bombardirləri – müvafiq olaraq, Musa Musazadə və Tural Bayramovu təbrik edib, onlara peşəkar futbolçu karyerası qurmaq yolunda uğurlar arzulayıb. M.Nərimanoğlu hər iki futbolçuya AFFA-nın hədiyyələrini təqdim edib.

 

Qeyd edək ki, Musa Musazadə ötən mövsüm Atena U-12 Liqada 41, Tural Bayramov isə Coca-Cola U-13 Liqada 52 qol vurub. Hər iki futbolçu bu uğura "Xəzər Lənkəran" komandasının heyətində nail olub.

 


Digər xəbərlər

Xəbər xətti