Tomiç: "Azarkeşlərimiz də bizi möhtəşəm dəstəklədilər" - MÜSAHİBƏ

17:16 10 Aprel 2015

"Xəzər Lənkəran"ın qapıçısı Vyekoslav Tomiçin azerisport.az saytına müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni diqqətinizə çatdırır:

 

- "Neftçi" ilə oyunda 0:2 hesabıyla geridə olarkən xal qazanacağınıza inanırdınız?

- Bu oyun əsl derbi kimi alındı. Düzdür, biz oyuna pis başldıq. Baş məşqçinin dediklərini meydanda lazım olan səviyyədə göstərə bilmədik. Bu, bizə problemlər yaratmağa başladı. Xoşbəxtlikdən bəzi dəyişikliklər etdikdən sonra oyunda dönüş yarada və heç-heçə edə bildik.

 

- Fasilədə nə baş verdi ki? Baş məşqçi nə dedi?

- Sadəcə, müəyyən dəyişikliklərə getdik. Həm də mənə elə gəlir ki, fasilədən sonra uşaqlar daha məsuliyyətli oynamağa başladılar. Azarkeşlərimiz də bizi möhtəşəm dəstəklədilər. Bu heç-heçə bizim üçün çox yaxşı nəticə hesab oluna bilər.

 

- Alfred Sankonun meydandan qovulması ədalətli nəticə oldu?

- Bu, derbidir, belə hallar olur. Amma mənə elə gəlir ki, hakim qısa zaman kəsiyində ona iki sarı vərəqə göstərməyə də bilərdi.

 

- Amma sizə elə gəlmir ki, o, qəsdən kobudluğa əl atdı?

- Dediyim kimi, bu, derbidir. Ajiotaj böyük idi. Evdə oynadığımıza görə, uduzmaq istəmirdik. Ola bilsin ki, o, iki top fərqilə geridə olduğumuza görə, öz emosiyalarını qoruya bilmədi.

 

- Bu heç-heçəni qələbəyə bərabər saymaq olar?

- Xeyr. Sadəcə, belə bir vəziyyətə düşdüyümüz halda "Neftçi" kimi komandadan xal ala bildiksə, deməli, komandamız daha çox şeyə nail ola bilər.

 


Digər xəbərlər

Xəbər xətti