Ərəbələr baş məşqçi üçün 80 milyon təklif etdi

22:34 10 Aprel 2015

Səudiyyə Ərəbistanı Futbol Federasiyası argentinalı məşqçi Marselo Bielsaya böyük məbləğdə müqavilə təklif edib.

 

Sportarena.az “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Bielsanın Səudiyyə Ərəbistanı millisini çalışdırması üçün 8 ildə 80 milyon avro veriləcək.

 

Argentinalı mütəxəssis hazırda Fransanın “Marsel” komandasında baş məşqçisidir. Məlumata əsasən, 59 yaşlı məşqçi ərəblərin təklifini qəbul edib. Mövsüm başa çatdıqdan sonra o, vəzifəsinin icrasına başlayacaq.

 


Digər xəbərlər

Xəbər xətti