"Tvente"nin 3 xalı silindi

23:22 10 Aprel 2015

Hollandiya Futbol Federasiyası, “Tvente” klubunun daha üç xalını silmək barədə qərar qəbul edib. 

 

 

Sportarena.az xəbər verir ki, buna səbəb komandanın üzləşdiyi maliyyə böhranı olub. “Tvente” tərəfi açıqlamasında ötən ay da federasiyanın analoji qərar verdiyini bildirib. Artıq Hollandiyanın əsas liqasında (“Erediviziya”) çıxış edən klubun aktivindən 6 xal silinib.

 

Komandanın maliyyə işləri üzrə məsul şəxsi Gerald van den Belt, indiki ağır durumu keçən mövsüm gözləniləndən daha çox xərclərin olması ilə əlaqələndirir. Son qərarın ardından “Tvente” 10-cu pillədən 11-ci yerə düşüb və onun xalları indi 34-ə bərabərdi.

 


Xəbər xətti