“Neftçi ilə oyundan sonra “Xəzər Lənkəran” sərbəst buraxılıb.
Sportarena.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, əzəli rəqiblə görüşdə iki top fərqi ilə geridə olmasına və azlıqda qalmasına rəğmən əzmkar heç-heçəyə nail olan komandamız 5 gün istirahət edəcək. Yerli futbolçular hamılıqla evlərinə gediblər, legioner də öz ölkələrinə yollanıblar. Aprelin 15-də yenidən bir araya gələcək komanda doğma şəhərdə bir həftədən çox hazırlıq keçəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın təqviminə əsasən XXX turda “Araz Naxçıvan”la üz-üzə gəlməli idi. Lakin Muxtar Respublika təmsilçisi çempionatdan imtina etdiyindən bu klubla görüş turunda komandalar istirahət edir. Bu dəfə də növbə “ağ-yaşıl”larındır.
Beləliklə Premyer Liqanın XXXI turundan çempionata qoşulacaq “Xəzər Lənkəran” aprelin 25-də “Fırtınalar meydanı”nda “Qəbələ” klubunu qəbul edəcək.