Almaniya ikinci Bundesliqasında 28-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Milli Komandamızın futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsru” öz meydanında “Sankt Pauli” ilə qarşılaşıb.
Oyuna start heyətində daxil olan Nazarov məhsuldar ötürmə verdikdən sonra 70-ci dəqiqədə əvəzlənib. “Karlsrue” 3:0 hesablı qələbəyə sevinib.
Bununla da onlar 48 xal toplayaraq turnir cədvəlinin 4-cü pilləsinə yüksəliblər.