"Atletiko"da yeni baş məşqçi

12:35 11 Aprel 2015

Həmyerlimiz Amit Quluzadənin çıxış etdiyi Portuqaliyanın "Atletiko" klubu yeni baş məşqçi ilə anlaşıb.

 

Sportarena.az xəbər verir ki, bundan sonra Lissabon təmsilçisini Pedru İpolita çalışdıracaq. O, bir-neçə gün öncə istefaya göndərilən Lazaro Oliveyranı əvəzləyib.

 

Qeyd edək ki, azərbaycanlı yarımmüdafiəçi Amit Quluzadə əsas heyətə düşə bilməməsinin səbəbini keçmiş məşqçinin ədalətsizliyi ilə əlaqələndirirdi.


Digər xəbərlər

Xəbər xətti