Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" səfərdə "Bucaspor"la qarşılaşıb. Matç “Karşıyaka”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Şükürovun adı matçın iştirak ərizəsinə olmayıb.
Qeyd edək ki, "Karşıyaka" hazırda 42 xalla 7-ci pillədə qərarlaşıb.